02.11.2024

TƏBRİK: Mayor Adil İsmayılov 53

İnsan üçün ən yaddaqalan tarixlərdən  biri onun dögum günüdür. Belə insanlardan biridə  peşəkarlığı, humanistliyi və səmimiyyəti ilə secilən müharibə veteranı  ehtiyatda olan mayor İsmayılov Adil Balaş oğludur. Sentyabr ayının 3-ü 53 yaşı tamam olur.

Daimi həyatın imtahanlarından alnıacıq və üzüağ cıxan ehtiyatda olan mayor İsmayılov Adil Balaş oğlunu doğum günü münasibətilə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) rəhbərliyi səmimi qəlbdən təbrik edir, ona həyatda insan ucun ən şirin nemət olan möhkəm can  sağlığı və uzun ömur arzulayir. Adil İsmayılovun yaşının üstə gələn bu yaş ona sevinc dolu illər bəxş eləsin və hər yeni günü isə  onu istəklərinə qovuşduraraq daha da xoşbəxt etsin.

Ehtiyatda olan mayor-İsmayılov Adil Balaş oğlu 1969-cu il 3 sentyabrda Yardımlı rayonunun Arus kəndində anadan olub.

1988-ci ildə Salyan kənd təsərrüfatı texnikumunu əla qiymətlərlə bitirib.

1988-1990-cı illərdə SSRİ DİN DQ-nin Moskva şəhərində yerləşən DQ Baş İdarəsinin Tədris Alayında həqiqi hərbi xidmətdə, 1990-1992-ci illərdə isə həmin hərbi hissədə müddətdən artıq hərbi xidmətdə olmuşdur. Xidmətlə yanaşı təhsilini qiyabi davam etdirib. 1992–ci ilin sonunda torpaqlarımızın işğalı ilə əlaqədar olaraq təhsilini yarımçıq qoyaraq Rusiya ordusundan imtina edib, Azərbaycan ordusunda xitmətə gəlmişdir.

1993-94-cü illərdə Azərbaycan Respublikası Müdafiyə Nazirliyinin N saylı hərbi hissəsinin tərkibində Ağdərə, Tərtər istiqamətində gedən döyüşlərdə iştirak etmişdiir. 1994-2010-cu illərdə Azərbaycan republikası DİN DQ–nin Hacıqabil hərbi hissəsi, Qala Tədris Mərkəzində müxtəlif vəzifələrdə xidmət etmişdir. 1998-ci ildə Türkiyənin Jandarma təşkilatının təşkil etdiyi kursu əla qiymətlərlə, kurs birincisi olaraq bitirmişdir. Kursu əla qiymətlərlə başa vurduğu üçün Daxili İşlər Naziri tərəfindən ilkin zabit rütbəsi verilmiş və qiymətli hədiyyələrlə təltif edilmişdir.

Xidməti zamanı DİN DQ tərəfindən qanunçuluğun və dövlətçiliyin qorunması üçün keçirilən əməliyyat və tədbirlərdə iştirak etmişdir. Xidmət müddətində Xidmətdə fərqlənmə döş nişanı, Qüsursuz Xidmətə görə medalın I,II,III dərəcələri və Yubiley medlları ilə təltif olunmuşdur.

2010-cu ildə mayor rütbəsində ehtiyata buraxıldıqdan sonra Müdafiyə Sənayesi Nazirliyinin müəsisələrinin birində Mühəndis–sınaqçı, Daha sonra Sınaq Sahəsinin rəisi vəzifəsində çalışır.

44 günlük Vətən müharıbəsi zamanı MSN istehsal olunan məmulatların tətbiqi və istismarına etdiyi köməyə görə Dövlət Sərhəd Xidmətinin və Müdafiyə Sənayesi Nazirliyinin rəhbərliyi tərəfindən mükafatlandırılmışdır.

Ailəlidir, 3 övladı və 4 nəvəsi var.

DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, ADİL BƏY!

ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!

HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!

BÜTÜN ARZULARIN ÇİN OLSUN!

 Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin müavini polkovnik Salman Musayev

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: