14.12.2024

TƏBRİK: İSMAYILOV ƏLƏDDİN PAŞA OĞLU — 69

AVMVİB rəhbərliyi və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədr müavini polkovnik Salman Musayev Müharibə və Silahlı Qüvvələr Veteranı, ehtiyyatda olan tibb xidməti polkovnik-leytenantı İsmayılov Ələddin Paşa oğlunu doğum günü münasibəti ilə səmimi qəlbdən təbrik edir, həyatda insan ücün ən şirin nemət olan möhkəm can sağlığı və həyat yolarında bitib — tükənməyən nailiyyətlər arzulayır.

Qoy yaşının üstə gələn bu yaş ona sevinc dolu günlər bəxş etsin, hər yeni günü isə ötən günlərdən daha gözəl onu xoşbəxt edəcək şəkildə keçsin.

Müharibə və Silahlı Qüvvələr Veteranı ehtiyyatda olan polkovnik leytenant Ismayılov Ələddin Paşa oğlu 1 sentyabr 1953-cü ildə Biləsuvar rayonunun Bağbanlar kəndində anadan olub.

O, 1960 ci ildə Biləsuvar rayonunun Bağbanlar kənd orta məktəbinin birinci sinfinə getmiş 1970- ci ildə həmin məktəbi başa vurmuşdur. Tibb xidməti polkovnik-leytenantı Ələddin İsmayılov 1977- ci ildə Dövlət Tibb Universitetinə daxil olmuş, 1983 -cü ildə həmin Universiteti bitirmişdir.

Müharibə və Silahlı Qüvvələr Veteranı ehtiyyatda olan polkovnik leytenant İsmayılov Ələddin Paşa oğlu 1972 -1974 — cü ilərdə SSRİ Müdafiə Nazirliyinin Tumen Vilayətinin Siverdlovski şəhərində yerləşən hərbi hissəsində müdddətli həqqi hərbi xidmətdə olmuşdur.

O, təhsilini başa vurduqdan sonra, 1983 -1986- cı illərdə Abşeron rayon xəstəxanasında uşaq həkimi, 1987-1988 -ci illərdə Abşeron rayon Səhiyyə Şöbəsinin rəisinin birinci müavini vəzifəsində çalışıb.

1988-ci ildən etibarən Bakı şəhərində fəaliyyət göstərən Qarabağ Xalq Yardımı Komitəsinin mandat komissiyasının tərkibində Abşeron rayon nümayəndəsi kimi Dağlıq Qarabağda Xankəndində olub. O, burada 3 kəndin-Meşəli, Qaralar və Cəmilli kəndlərinin müdafiəsinin təşkil edilməsində yaxından iştirak edib və yerli əhaliyə tibbi yardım göstərib.

Tibb Xidməti polkovnik leytenantı Ələddin İsmayılov 1992- ci ildən — 2014-cü ilin sonunadək Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsinin Döyüş bölgələrində, Gəncə şəhərində, Qaradağ və Nərimanov rayonlarında yerləşən hərbi hissələrdə (hərbi hospitalda) tibb xidmət rəisi, hərbi hospitalının birinci terapiya şöbəsində baş ordinator, DQBİ- nin hərbi hospitalnda Reabilitasiya şöbəsinin rəisi, Daxili Qoşunların Bas İdarəsinin Tibb şöbəsində isə tibb xidməti üzrə baş zabit vəzifəsində xidmət edib.

Ələddin Paşa oğlu İsmayılov Ağdərə döyüş bölgəsinə yola düşən Gəncə alayının tərkibində ön mövqedə düşmənlə üz-üzə dayanaraq, burada cəsur döyüşçü oğullarımızala çiyin-çiyinə düşmənə qarşı mərdliklə mübarizə aparmış və həmdə yaralı döyüşçulərin müalicəsi ilə məşğul olmuşdur.

O,1993 -cü ilin yanvar ayinin 15- də Sırxavənd uğrunda gedən döyüşlərdə yaralıları döyüş meydanından uzaqlaşdırıb onlara ilk tibbi yardım edərkən, düşmənin «Qrad»mərmiisinin təsirindən ağır-kəllə beyin zədəsi almışdır.

Ələddin həkim sağaldıqdan sonra yenidən ön cəbhəyə qayıdaraq, yaralıların tibbi yardımını təmin etmişdir. O, 1993-cü ilin dekabr ayının 28 -də Daxili Qoşunların, Polis və Yanğından Mühafizə quruplaşmasının Füzuli rayonun ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirakı zamanı Əhmədbəyli kəndində təşkil edilən Səhra hərbi lazaretinə rəis təyin edilmiş və burada o, yüzlərlə yaralılara, xəstələrə ilkin tibbi yardım göstərmişdir

Ələddin Paşa oğlu Ismayılov Peşəkarlığı və humanistliyi ilə secilən ən məhsuldar dövrünün 33 ildən çox şərəfli xidməti yolunun səkkiz ilini Səhiyyə Nazirliyinin Tibb müəssisələrində, iyrimi beş ilini isə hərbi xidmətdə kecirərək, Vətənə, Dövlətə və xalqa sədaqətlə xidmət etmişdir.

Ehtiyyatda olan tibb xidməti polkovnik leytenant İsmayılov Ələddin Paşa oğlu Daxili Qoşunların Baş idarəsində və hərbi hissələrində (hərbi hospitalnda ) xidmət etdiyi illər ərzində Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına, hərbi nizamnamələrin, hərbi andın (həkim andın) Daxili Qoşunların Bas İdarəsinin Tibb şöbəsi və hərbi hospitalı haqqında əsasnamələrin, müvafiq təlimatların tələblərinə və vəzifə borcuna əməl etməkdə tabeliyindəkilər və bütün hərbi qulluqçular ücün nümnə olmuşdur.

Tibb Xidməti polkovnik- leytenantı Ələddin İsmayılov Daxili İşlər Nazirliyinin Baş İdarəsində və hərbi hissələrində (hərbi hospitalında) xidmə etdiyi illər ərzində Daxili Qoşunların Baş İdarəsinin və hərbi hissələrin tədris dövru üçün döyüş və ictimai sıyası hazırlığ plana və mövcud tədris proqramlarna əsən ixtisas hazırlığı üzrə Zabitlərlə, gizir və müddətdən artıq xidmət edən hərbi qulluqçularla, əsgər və çavuşlarla, tibb xidməti üzrə kiçik mütəxəssislərlə keçirilən məşğələlərin və məşqlərin, metodiki təlim toplanışlarının keyfiyyəti ilə keçirilməsinə, tibb xidməti üzrə hərbi hissədə marifi işlərin aparılmasına, hərbi hissədə yekun və məqsədli yoxlamalar zamanı aşkar edilmiş nöqsanların aradan qaldırılmasına məsuliyyətlə yanaşmışdır.

Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş idarəsinə və xidmət etdiyi Sahəyə həvalə edilmis vəzifələrin yerinə yetirilməsində, silahlı dəstələrin zərərsizləşdirilməsində, tərksilah edilməsində, ictimai təhlükəsizliyin təmin edilməsində və qorumasında, Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə və xüsusi əməliyyatlarda fəriqləndiyinə görə ona Azərbaycan Respublikasının Prezidentinin müvafiq sərəncamı ilə «Hərbi xidmətlərə görə «medalına layiq görülüb.

Müharibə və Silahlı Qüvvələr Veteranı ehtiyyatda olan tibb xidməti polkovnik -leytenantı İsmayılov Ələddin Paşa oğlu Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, Daxili Qoşunların Bas İdarəsinin Tibb şöbə rəisinin, hərbi hissə komandirinin (hospital rəisinin) və onların müavinlərinin müvafiq əmrləri ilə həvəsləndirmə qaydasında o,bir sıra medallarla, əla xidmətlərə görə döş və yubley nisanları ilə, fəxri fərmanlarla, pul mükafatları ilə, qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.

Yüksək insani keyfiyyətlərə və kamil həkimlik peşəsinə qadir Ələddin həkim sağlamlıq bəxş etdiyi insanların ömründə və şərəfli həkim peşəsinin tarixində yaşayacaq.

DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, ƏLƏDDİN HƏKİM!

DAİMA XOŞBƏXT VƏ FİRAVAN YAŞA!

ÖMRÜN UZUN OLSUN, 100 YAŞA!

Dərin hörmətlə, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədr müavini polkovnik Salman Musayev

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: