TƏBRİK: MAYOR RÖVŞƏN HEYDƏROV — 59
Peşəkarlığı , hümanistliyi və səmimiyyəti ilə secilən ömrünün ən məhsuldar dövrünü hərbi xidmətdə kecirmiş ehtiyatda olan mayor Rövşən Heydarovun sentyabr ayının 2 — də 59 yaşı tamam olur.
Daimi həyatın bütün imtahanlarından alnıacıq və üzüağ çıxan mayor Rövşən Heydarovu doğum günü münasibətilə «Azərbaycan Vətən Müharibəsi Veteranları» İctimai Birliyin rəhbərliyi və «Azərbaycan Vətən Müharibəsi Veteranları» İctimai Birliyi sədrinin müavini polkovnik Salman Musayev səmimi qəlbdən təbrik edir, ona həyatda insan ucun ən şirin nemət olan möhkəm can sağlığı və həyat yollarında bitib — tükənməyən naliyyətlər arzulayır. Rövşənin yaşının üstə gələn bu yaş ona sevinc dolu illər bəxş etsin və hər yeni günü isə onu istəklərinə qovuşduraraq daha da xoşbəxt etsin.
Mayor Heydərov Rövşən Moqif oğlu 1963 — cü ilin sentyabr ayının 2 də Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində zəhmətkeş ailədə dünyaya göz açıb.
1980- ci ildə Naxçıvan şəhər 6 nömrəli orta məktəbi, 1989- cu ildə Naxçıvan Dövlət Universitetinin ümümi texniki fənlər fakültəsini, 1998- ci ildə Daxili İşlər Nazirliyi Daxili Qoşunların Xəzər rayonunda yerləşən Təlim- Tədris mərkəzində zabitlərin ixtisas artırma kursunu bitrib. O, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində Daxili Qoşunların Bas İdarəsində və hərbi hissələrində kecirlən bir çox metodiki- təlim toplanışlarda, müvafiq kurslarda, seminar və konfranslarda fəal iştirak edib.
1976- 1978 — ci illərdə Sovet Ordusunun Riqa şəhərində yerləşən hərbi hissədə müddətli həqiqi hərbi xidmətə olub. 1990- 2009 cu illərdə Naxçıvan Muxtar Respublikasının Nəqliyyat Nazirliyində baş mühəndis,Daxili İşlər Nazirliyi Daxili Qoşunların Bas İdarəsinin hərbi hissələrində isə taqım komandiri, böluk komandirinin müavini, böluk komandiri, mühəndis və kimya xidmət rəisi vəzifələrində Vətənə Dövlətə və Xalqa sədaqətlə xidmət edib
[Hərbi yoldaşları onu vətənpərvər, qoruxmaz, saxavətli, insanpərvər, əliacıq və zəhmətkeş zabit kimi dəyərləndirirlər. O, istər təhsil aldıgı orta və ali təhsil müəssisələrində, istər xidmət etdiyi və çalışdığı mühitdə, istərsədə dost — tanış , qohum — əqraba arasında özünə böyük hörmət qazanıb.
Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına əməl edilməsində, Hərbi Andın, Hərbi və Daxili Qoşunların Döyüş Xidməti Nizamnamələrin tələblərinin yerinə yetirilməsində üzərinə düsən vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmişdir.
Azərbaycan Respublikasında ictimai qaydanın qorunmasında , ictimai təhlükəsizliyin təmin edilməsində, cinayətkarlığa qarşı mübarizədə, baş vermiş kütləvi ixtişaşların qarşısının alınmasında, baş vermiş təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında, Fövqalədə vəziyət zamanı hüquqi rejim tədbirlərinin həyata keçirilməsində eləcədə Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsində üzərinə düsən vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerınə yetirmişdir.
Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi- döyüş keyfiyyətləri göstərdiyinə, döyüş və ictimai sıyası hazırlığında, hərbi ıntizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, hərbi hissə komandirinin müvafiq əmrləri ilə fəxri fərmanla, qiymətli hədiyyələrlə, pulla, əlacı döş və yubiley nişanları ilə mükafatlandırlıb və ona təşəkkür elan edilib.
Azərbaycan Respublikasının müstəqilliyinin , ərazi bütövlüyünün qorunub saxlanmasında, respublikada əmin — amanlığın təmin edilməsində, ictimai asayişin qorunmasında, cinayətkarlığa qarşı mübarizədə öz xidməti vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə görə aşağıdakı medalarla təltif olunub:
— «Silahlı Qüvvələrin yaranmasının » 10 illiyi ( 1991 — 2001) yubiley medalı ilə;
-«Silahlı Qüvvələrin yaranmasının» 90 illiyi ( 1918 — 2008 ) yubiley medalı ilə;
«Qüsursuz Xidmətə Görə » 2 dərəcəli medal ilə — Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə,
» Qüsursuz Xidmətə Görə » 3 dərəcəli medal ilə — Silahlı Qüvvələrdə 10təqvim ili xidmətə görə,
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN RÖVŞƏN.
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
BÜTÜN ARZULARIN CİN OLSUN!
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (Avmvib) sədrinin müavini polkovnik Salman Musayev