27.07.2024

Bərdə rayonunda şəhidin ad günü qeyd edilib

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Bərdə rayon şöbəsinin üzvləri şəhid Sarvan Sərxan oğlu Şükürovun şəhadətindən sonra ikinci ad günündə iştirak ediblər.


Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Bərdə rayon şöbəsinin sədri İsmayıl Rüstəmov məlumat verib.
İsmayıl Rüstəmov bildirdi ki, tədbirdə iştirak edənlər şəhid Sarvan Şükürovun keçdiyi döyüş yolunu andılar və şəhidlərimizin ruhuna dualar oxudular.


Şəhid ailəsinə AVMVİB adından başsağlığı veriblər.

Allah şəhidlərimizə rəhmət eləsin!


Nurlan Məmmədli

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: