15.10.2024

Özünü yandıran qazinin durumu necədir? — AÇIQLAMA

Ötən gün özünü yandıran Vətən Müharibəsi iştirakçısı Təbriz Abdullayev Nərimanov Tibb Mərkəzinin Yanıq şöbəsinə yerləşdirilib.

Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib. Bildirilib ki, T.Abdullayev hazırda həkim nəzarəti altındadır.

«Vətəndaş Təbriz Abdullayev 18.08.2022-ci il saat 16:30 radələrində Nərimanov Tibb Mərkəzinin Yanıq şöbəsinə bədəninin 75-80% yanığı, III-IV dərəcəli termiki alov xəsarəti ilə daxil olub. Hazırda Reanimasiya şöbəsində həkim nəzarəti altındadır», — məlumatda deyilir.

Qeyd edək ki, avqustun 18-i saat 11 radələrində 1989-cu il təvəllüdlü Təbriz Abdullayev Samux Rayon İcra Hakimiyyətinin inzibati binasının önündə özünü yandıraraq intihara cəhd edib. Faktla bağlı Samux Rayon Prokurorluğunda araşdırma aparılır.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: