27.07.2024

Bərdə rayonu Şahvəlilər kəndində şəhidin ad günü qeyd edilib

Bərdə rayonu Şahvəlilər kəndində şəhid Dilqəm Əliyevin doğum günü münasibətiylə şəhidin adını daşıyan məktəbin müəllim və şagird kollektivi şəhidin anası Kəklik ananı ziyarət ediblər.

Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) üzvü, Bərdə rayon D. Əliyev adına Şahvəlilər kənd orta məktəbinin direktoru Həsrət Hümmətov məlumat verib.

Məktəb kollektivinin bu örnək addımı haqqında danışan Həsrət Hümmətov, şəhidin anasına başsağlığı verib və şəhidlərimizi kimsənin unutmağa haqqı olmadığını qeyd edib.

Tətildə olsalar belə, şəhidlərimizi unutmayan məktəb kollektivinin bu örnək addımını alqışlayırıq.

Allah şəhidlərimizə rəhmət eləsin!

Nurlan Məmmədli

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: