21.11.2024

Stalinin 1921-ci ildə Qarabağa dair hansısa fikir söylədiyi faktına rast gəlməmişəm — erməni professor

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Şarcah Universitetinin erməni professoru, beynəlxalq münasibətlər üzrə mütəxəssis Arsen Saparov 2018-ci ildə deyib:

Şəxsən mən bu iddianı təsdiq edəcək hansısa sənəd tapa bilmədim. Digər yandan, bu kimi məsələlərə “əzilmiş erməni xalqı” prizmasından yanaşılır. Qənaətimə görə, bu, doğru yanaşma deyil.

Onun «Armenian” qəzetinə 2018-ci ildə verdiyi müsahibəsini təqdim edirik.


— Ermənistanda geniş yayılmış iddiaya görə, rus sovet liderləri “erməni ərazilərini” – Qars və Sürməlini Türkiyəyə, Naxçıvan və Qarabağı Azərbaycana verib. Sizcə, bu iddia tarix baxımından nə qədər əsaslıdır?

— Şəxsən mən bu iddianı təsdiq edəcək hansısa sənəd tapa bilmədim. Digər yandan, bu kimi məsələlərə “əzilmiş erməni xalqı” prizmasından yanaşılır. Qənaətimə görə, bu, doğru yanaşma deyil. Bunun gələcəkdə ermənilərə baha başa gələcəyini deyə bilərəm, bu, məsuliyyətli iddiadır. Hesab edirəm ki, bir sıra mübahisəli məsələləri həll etmək üçün bu “kart”dan vaxtilə istifadə edildiyi deyilirdi, amma 1920-21-ci illərdə Ermənistanın xeyrinə verilən qərarlara baxsaq, bu qərarların “əzilmiş erməni xalqı”na güzəştin olmadığını deyə bilərik. Bu, həmin dönəmdə sadəcə olaraq, böyük güclərin öz maraqları üçün diqqət etdikləri məsələ idi. Həmin iddianın da həmin güclərin maraqları baxımından bu gün nə qədər təsirli olduğunu görə bilərik.

— Qarabağa Azərbaycan daxilində muxtariyyətin verilməsi Stalinin planı idi?

— Stalinin 1921-ci ildə Qarabağa dair hansısa fikir söylədiyi faktına rast gəlməmişəm. Bu barədə bir sənəd yoxdur. Bolşeviklərin bununla bağlı qərarlarını təsdiq etmək üçün fakt axtarırdım. Amma heç bir dəlil tapmadım, əksinə, erməni kommunistlərin Qarabağa üzərində nəzarətinin olmadığına rast gəldim. Zəngəzurdakı daşnak üsyanı yatırılmışdı. Həmin dönəmdə daşnakların mövqelərini zəiflətmək üçün bu məsələdən istifadə olundu və Qarabağın Ermənistan ərazisi olduğu iddiasını təsdiq etmək üçün yeganə alternativ bu bölgənin Ermənistana verilməsi idi. Bununla daşnakların mövqelərini zəiflətmək istəyirdilər.
Daşnakları məğlub etməyin yeganə yolu bu idi.

— Niyə Qarabağa muxtar respublika statusu yerinə muxtar vilayət statusu verildi, bununla bağlı hansısa sənəd varmı?

— Bu barədə Stalin, yaxud başqa biri tərəfindən imzalanmış sənəd yoxdur. Məsələn, Qafqazda Abxaziya 1860-cı illərdə Rusiyadan muxtariyyət alan və öz statusunu sonadək qoruya bilən bölgə idi. Cənubi Osetiyaya da muxtariyyət statusu verildi. Lakin Osetiyada heç vaxt osetinlər olmayıb. Lakin ruslar öz maraqları üçün Osetiyaya bu statusu verdilər. Bunu Qarabağa da aid etmək olar. O dönəmdə ermənilər Qarabağa nəzarət etmirdilər, bu rusların iddiası idi, ermənilərin yox.

— Naxçıvanın toxunulmazlığının elan edilməsindən sonra Naxçıvana muxtar respublika statusunun verilməsi haqda nə deyə bilərsiniz?

— Naxçıvan haqda çox az məlumat var. Sovet dönəmində belə, Naxçıvan haqda məlumat almaq mümkün deyildi. Erməni arxivləri də Naxçıvan barədə hansısa məlumata sahib deyillər…

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: