Ermənistanın döyüş mövqeyində yanan əsgəri öldü
17 iyulda sərhəddə, döyüş mövqeyində ocaqdan düşən alov nəticəsində ciddi yanıq xəsarətləri alan erməni əsgər Palyan Poqosyan ölüb.
Bu barədə erməni mediası Ermənistan Milli Yanıq Mərkəzinə istinadla məlumat yayıb.
Qeyd edək ki, yanan əsgərlə bağlı məlumatı Ermənistan MN bir həftə gecikdirməklə mediaya açıqlamışdı. Bu isə narazılığa səbəb olmuşdu.
Mənbə: Axar.az