08.09.2024

Qazilər və müharibə veteranları Fəxri xiyabanı və İkinci Şəhidlər xiyabanını ziyarət etdi

İyulun 24-də bir qrup qazilərin və müharibə veteranlarının istəyi ilə Fəxri xiyabana və İkinci Şəhidlər xiyabanına səfər olub.

Sfera.az xəbər verir ki, səfər iştirakçıları  Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyev və Zərifə xanım Əliyevanın məzarı ziyarət olunub, gül dəstələri qoyulub, xatirələri hörmət və ehtiramla yad edilib.

Daha sonra İkinci Şəhidlər xiyabanında ölkəmizin suverinliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə canlarından keçmiş şəhidlərimizin eləcə də İsmayıllıdan olan şəhdilərimiz Fuad Tağızadə və Xeyrulla İbrahimovun, həmçinin general- mayor Polad Həşimovun və Milli qəhrəman Mübariz İbrahimovun məzarları ziyarət edilib, üzərinə güllər qoyulub.

Məlumat üçün bildirək ki, səfər çərçivəsində İsmayıllının İcra Hakimiyyətinin Başçısı da Qazi və veteranlarımızla birlikdə olub.

Sonda xatirə şəkli çəkilib.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: