08.09.2024

Daha bir qazimiz dünyasını dəyişib

Azərbaycan Ordusunun baş leytenantı, Vətən müharibəsi qazisi, 1980-ci il təvəllüdlü Cahangirli Habil Həzər oğlu Ankarada müalicə aldığı Hacettepe Universiteti Xəstəxanasında dünyasını dəyişib.

Bu barədə sosial şəbəkədə məlumat yayılıb.

Qeyd edək ki, Habil Cahangirli 1980-ci ildə, Lerik rayonunun Veri-Babakücə kəndində anadan olub. O, Vətən müharibəsində iştirak edib, «Füzulinin azad edilməsinə görə» və «Xocavəndin azad edilməsinə görə» medalları ilə təltif edilib. 2020-ci ilin sonlarında baş leytenant kimi ordudan tərxis olunub.

Allah rəhmət eləsin!

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: