AVMVİB Rəhbərliyi Sumqayıt və Qubadlı şöbələrində olublar
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Rəhbərliyi bu gün AVMVİB Sumqayıt şəhər və Qubadlı rayon şöbələrində olublar və şöbənin fəaliyyəti ilə maraqlanıblar.
Görüşdə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyev, AVMVİB sədrinin müavinləri Vahid Abdurəhmanov, İslam Səfərov, Qurban Osmanov, AVMVİB NTK sədri Niyazi Quliyev, Mətbuat Xidmətinin rəhbəri Xaqani Ədəboğlu, AVMVİB Sumqayıt şəhər şöbəsinin sədri Temuraz Mansurov, AVMVİB sədrinin səlahiyyətli nümayəndəsi, Sumqayıt şəhər şöbəsinin sədr müavini Zəkəriyya Rəhimov və AVMVİB Qubadlı rayon şöbəsinin sədri Təyyar Eminov iştirak ediblər.
Şöbə sədrləri Temuraz Mansurov və Təyyar Eminov göstərdikləri fəaliyyət, üzləşdikləri problemlər və gənc qazilərimizin problemləri barədə məlumat vermişlər. Sumqayıt şəhərində bu sosial təbəqə ilə bağlı aparılan işlər və aparılması vacib olan işlər barədə də təkliflər səsləndirilib.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyev bildirib ki, bu cür ziyarətlər faydalıdır və şəhər, rayon şöbələrimizin fəaliyyətini öz gözlərimizlə görmək, onları düşündürən problemləri yerində dinləmək vacibdir. Hər iki şöbəmiz fəal şöbələrdəndir və 44 günlük Vətən müharibəsi günlərində də bunu sübut etdilər.
AVMVİB sədri F. Rzaquliyev hər iki şöbəyə fəaliyyətlərində uğurlar arzuladı.
AVMVİB sədrinin müavinləri Vahid Abdurəhmanov, İslam Səfərov, Qurban Osmanov, AVMVİB NTK sədri Niyazi Quliyev və AVMVİB sədrinin səlahiyyətli nümayəndəsi, Sumqayıt şəhər şöbəsinin sədr müavini Zəkəriyya Rəhimov da öz fikirlərini bildirdilər.
Görüşün sonunda xatirə şəkilləri çəkdirildi.
AVMVİB Mətbuat Xidməti