08.09.2024

Şəhid Balakişiyev Qara Əmirxan oğlunun ad günü qeyd olunub

Xocavənd rayonunda şəhid Balakişiyev Qara Əmirxan oğlunun ad günü qeyd olunub.

Şəhid Balakişiyev Qara Əmirxan oğlu 11.07.1994-cü ildə Xocavənd rayonu Əmrallar kəndində anadan olub.


2001-2011-ci illərdə xocavənd rayon 4 saylı məktəbdə təhsil almışdır.

2012-ci ildə isə dövlət sərhəd xidmətində sərhəd qoşunlarında həqiqi hərbi xidmətdə olmuşdur.


2014-cü ildə hərbi xidməti başa vurduqdan sonra elə həmin il müdətdən artıq hərbi quluqcu kimi ordu sralarına dönur.

2016-cı ildə Azərbaycan ordusunun parlaq qələbəsi ilə bitən, tarixə Aprel döyüşləri adı ilə yazılan döyüşlərdə iştirak edir.


27 sentiyabır 2020-ci il tarixdə canını Vətən torpağı uğrunda fəda edərək müqəddəs Şəhidlik zirvəsinə ucalır.


Bu barədə Şəhid Ailələrinə «Qayğı» Cəmiyyətinin Xocavənd rayon şöbəsinin sədri Hamlet Gülməmmədov məlumat verib.


Hamlet Gülməmmədov bildirdi ki, Şəhid Balakişiyev Qara Əmirxan oğlu 11.07.1994-cü ildə Xocavənd rayon Əmrallar kəndində anadan olub. Aprel döyüşlərində və 44 günlük Vətən müharibəsində iştirak edib. Öz canını Vətən torpağı uğrunda fəda edərək müqəddəs şəhidlik zirvəsinə ucalıb. Tədbirdə Xocavənd rayon İcra Hakimiyyətinin başcısı Eyvaz Hüseyinov, Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Xocavənd rayon şöbəsinin sədri Akif Həsənov, Şəhid aləlləri, müharibə veteranları, şagirdlər və ictimaiyət numayəndələri iştirak etdilər.


Allah rəhmət eləsin!


Elçin Qədirov
Qarabağ üzrə müxbir, Xocavənd

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: