08.09.2024

Sabirabadda özünü yandıran qazi vəfat etdi

Bir neçə gün əvvəl Sabirabadda özünü yandıraraq intihara cəhd edən qazi Elvin Cəfərov vəfat edib.

Ağır vəziyyətdə Respublika Yanıq Mərkəzinə yerləşdirilən 35 yaşlı qazi ötən gecə dünyasını dəyişib.

Qeyd edək ki, Sabirabadın Qalağayın kənd sakini olan Vətən Müharibəsi qazisi E.Cəfərov özünü yaşadığı kənddə yandırmışdı.

Olayla bağlı  Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Sabirabad rayon şöbəsinin sədri Faiq Hüseynov sosial şəbəkədə paylaşım edib və təəssüfünü bildirib: «Çox təəssüflər olsun… belə olmamalıydı Elvin qardaş!.. Allah rəhmət eləsin Amin.. Allah Axirətini abad eləsin, Amin»…

Qazi Elvin Cəfərov 44 günlük Vətən müharibəsində 4 medalla təltif olunmuşdu.

Allah rəhmət eləsin!

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: