08.09.2024

AVMVİB Sumqayıt şəhər şöbəsi 70 ailəyə qurban payı verib

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Sumqayıt şəhər şöbəsi Qurban bayramı münasibətiylə imkansız şəhid ailələri, vəfat etmiş müharibə veteranlarının ailələrinə və müharibə əlillərinə Qurban payı paylayıblar.


Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Sumqayıt şəhər şöbəsinin sədri Timuraz Mansurov məlumat verib.


Timuraz Mansurov Qurban bayramı münasibətiylə hər kəsi təbrik edib, bu işdə iştirak edən və bayram paylarını imkansız ailələrə çatdıran müharibə veteranlarına öz minnətdarlığını bildirib.

Bu il Qurban bayramı payları Sumqayıt şəhər şöbəsinin öz imkanları və əlaqələri ilə təşkil edilib və 70 ailəyə qurban payı verilib. Qurban payları ünvanlara çatdırılıb.

Nurlan Məmmədli

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: