08.09.2024

AVMVİB Göygöl rayon şöbəsi imkansız döyüşçülərə Qurban payı verdi

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Göygöl rayon şöbəsi Qurban bayramı münasibətiylə imkansız şəhid ailələri və qazilərə Qurban payı paylayıblar.

Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin səlahiyyətli nümayəndəsi, Göygöl rayon şöbəsinin sədri Həbib Hüseynov məlumat verib.


Həbib Hüseynov bayram münasibətiylə hər kəsi təbrik edib və bu işdə iştirak edən və bayram paylarını imkansız ailələrə çatdıran müharibə veteranlarına öz minnətdarlığını bildirib.

Xatırladaq ki, ənənəvi olaraq bu işi Həbib Hüseynov öz imkanları ilə həyata keçirir.


N. Məmmədli

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: