27.07.2024

TƏBRİK: Balakişiyev Ramiz Xanalı oğlu — 70

Xocavəd rayon AVMVİB sədir mavini Balakişiyev Ramiz Xanalı oğlunun ad günüdür.


Ramiz Balakişiyev 6 may 1952-ci ildə Xocavənd rayon Əmrallar kəndində anadan olub.


1972 — 1974-cü illərdə Sovet ordusu sıralarında quluq edib.

1977-ci ildə Ağdam rayon Y.Haciyev adına musiqi məktəbinə daxil olmuş və 1981-ci ildə məktəbi bitirərək uzun müddət Xocavənd rayon A. Balayev adına musiqi məktəbində müəllim işləmişdir.


Azərbaycan Dövlət İncəsənət universitetinə qəbul olmuşdur. 1992-ci ildə Vətənin harayına səs verərək, Beyləqan Özünümüdafiə batalyonunda Vətənin keşiyində durub.

Müharibə veteranı Ramiz Balakişiyevi doğum günü münasibətilə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) rəhbərliyi, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Xocavənd və Beyləqan rayon şöbələrinin rəhbərliyi səmimi qəlbdən təbrik edir, ona həyatda insan ucun ən şirin nemət olan möhkəm can sağlığı və həyat yollarında bitib — tükənməyən nailiyyətlər arzulayır.


AVMVİB Xocavənd rayon şöbəsinin sədri Akif Həsənov ad günü və yubiley münasibətiylə Ramiz Balakişiyevi Xatirə medalıyla təltif etdi.


Təltif mərasimində müharibə veteranları, AVMVİB Beyləqan rayon şöbəsinin sədri Əlövsət Məmmədov və Diasporanın Prezidentə Dəstək İctimai Birliyinin Ağsaqqallar Şurasının sədri Kamil Teymurov iştirak ediblər.

Təbrik edirik, 100 yaşa!

Elçin Qədirov
Qarabağ üzrə müxbir, Xocavənd

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: