TƏBRİK: QULİYEV AZƏR VAQİF OĞLU — 48
Azərbaycan Vətən müharibəsi Veteranlari İctimai Birliyinin (AVMVİB) rəhbərliyi və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin müavini polkovnik Salman Musayev ehtiyatda olan polkovnik — Quliyev Azər Vaqif oğlunu doğum günü münasibətilə səmimi qəlbdən təbrik edir, ona həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı və həyat yollarında bitib — tükənməyən nailiyyətlər arzulayır.
Arzu edirik ki, Azərin yaşının üstə gələn bu yaş ona sevinc dolu günlər bəxş etsin və hər yeni günü isə ötən günlərdən daha gözəl istəklərinə uyğun onu xoşbəxt edəcək şəkildə keçsin. Amin!
Polkovnik — leytenant Quliyev Azər Vaqif oğlu 1974 — cü ilin aprel ayının 26 da Azərbaycan Respublikasının Kəlbəcər rayonunun İstisu kəndində ziyalı ailəsində dünyaya göz açıb.
1990 — ci ildə Özbəkistan Sovet Sosialist Respublikasının Səmərqənd şəhərində orta məktəbin 9 — ci sinifni, 1991- ci ildə Bakı şəhərində orta məktəbin 10 — cu sinifni, 1994 — ci ildə Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Saratov Ali hərbi məktəbin 3 — cü kursunu, 1997- ci ildə isə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasını bitirib.
O, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində Daxili Qoşunların Baş İdarəsində, Ali hərbi məktəbdə və hərbi hissələrdə kecirlən bir cox metodiki- təlim toplanışlarlarda, müvafiq kurslarda, seminarlarda, xüsusi taktiki təlimlərdə, nümunəvi göstərici məşğələlərdə, seminar və konfranslarda fəal iştirak edib.
1994 — 2018 — ci illərdə Daxili Qoşunların Xəzər, Nərimanov, Hacıqabul, Zaqatala rayonlarında və Şəki şəhərində yerləşən hərbi hissələrində və Ali hərbi məktəbdə tədris taqımın,bölüyün komandiri, hərbi hissənin İdman və fiziki hazırlıq rəisi, ayrıca yerləşən Əlahiddə tabor qərargahının rəisi, tədris tabor komandiri, Kafedra rəisi, Daxili Qoşunların Bas İdarəsinin İnspeksiyasında isə baş inspektor vəzifələrində Vətənə Dövlətə və xalqa sədaqətlə xidmət edib.
1918 — 2020 -ci illərdə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətində Qanunsuz imiqrantlarların ölkədən çıxarılması şöbəsinin rəisi vəzifəsində olub.
O, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özünü qoruxmaz, insanpərvər, səxavətli və əliaçıq və işgüzar, yüksək intellektual səviyyəli zabit kimi göstərmişdir.
İstər orta və ali təhsil müəssisələrində təhsil aldığı illərdə, istərsə də xidmət etdiyi və işlədiyi kollektivlərdə, dost- tanış, qohum -əqrəba arasında özünə layiq hörmət qazanmışdır .
Müstəqil Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində,Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməkdə, hərbi andin, hərbi nizamnamələrin və digər hüquqi- normativ aktların tələblərinə, eləcə də vəzifə borclarının icrasına məsuliyyətlə yanaşmış, qarşıya qoyulmuş xidməti tapşırıqları müvəffəqiyyətlə yerinə yetirilməsi üçün öz əməyini əsirgəməmiş, şəxsi nümunəsi ilə bir cox hərbi qulluqçular fədakar hərbi xidmətə ruhlandırmışdır.
Azərbaycan Respublikasında ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasnda, şəhərdə və yaşayış məntəqələrində baş vermiş ixtşaşların qarşısının alınmasında, mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə, qanunsuz silahlı birləşmiş dəstələrin axtarışındga və zərərsizləşdirilməsində , fövqaladə vəziyət zamanı hüquqi rejimin təmin edilməsində, baş vermiş təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında, dövlətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düşən vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerinə yetirmişdir.
Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi döyüş keyfiyyətləri göstərdiyinə görə döyüş və ictimai siyasi hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, hərbi hissə komandirinin müvafiq əmrləri ilə əla xidmətlərə görə döş və yubiley nişanları ilə, pul mükafatları ilə, fəxri fərmanlarla və qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.
Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi — döyüş keyfiyyətləri göstərdiyinə, döyüş və ictimai siyasi hazırlığında, hərbi ıntizamın möhkəmləndirilməsində yüksək göstəricilərə naiı olduğuna və nümunəvi xidmətinə görə Azərbaycan Respublikası Prezidenti adından Daxili İşlər Nazirnin müvafiq əmrləri ilə » Qüsursuz xidmətlərə görə 1-ci ,2-ci və 3-cü dərəcəli, «Silahlı Qüvvələrin yaranmasının» isə 10 illiyi, 90 iliyi və 95 iliyi yubiley medallıarı ilə təltif olunub.
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, AZƏR BƏY!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
BÜTÜN ARZULARIN ÇİN OLSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
Azərbaycan Vətən Müharibəsi Veteranlari İctimai Birliyi sədrinin müavini polkovnik Salman Musayev