Türkiyə ordusu sutka ərzində 50 terrorçunu cəhənnəmə yolçu edildi
Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında genişmiqyaslı antiterror əməliyyatı keçirir.
Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Əməliyyat Türkiyə Daxili İşlər Nazirliyinin əməkdaşının atəşə tutulması nəticəsində ölməsinə cavab olaraq başlayıb.
Türkiyə xüsusi təyinatlılarının iştirakı ilə davam edən əməliyyat çərçivəsində ilkin məlumatlara görə, 50 silahlı zərərsizləşdirilib.
Aprelin 22-də Suriyanın şimalında «Fərat Qalxanı” əməliyyatı zonasında terrorçular polis məntəqələrindən birini tank əleyhinə silahlardan atəşə tutublar, Türkiyə Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı əsgəri Aytaç Altunors şəhid olub.
Bundan başqa, Türkiyə hərbçilərinin bir sıra digər ərazilərdəki mövqeləri də atəşə tutulub.
Buna cavab olaraq Türkiyə ordusu terrorçuların hədəflərinə, o cümlədən özüyeriyən silahlardan kütləvi artilleriya zərbəsi endirib. Bundan sonra xüsusi təyinatlı dəstələri əraziləri təmizləmək üçün irəliləyib.
Mənbə: Qaynarinfo