27.07.2024

AVMVİB İdarə Heyətinin Qərarına necə əməl olunur?

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) İdarə Heyətinin Qərarını yerinə yetirməyən rayon şöbələri haqqında ciddi tədbirlər həyata keçirilməkdədir. Çünki bu məsələ bir çox nüansları üzə çıxardı. Bəzi şöbələrimizin tam yoxluğunu müəyyən etdik. Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) İdarə Heyətinin aldığı qərarlar haqqında məlumat vermişdik.


Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) İdarə Heyətinin Qərarını yerinə yetirməyən rayon şöbələri haqqında ciddi tədbirlər həyata keçirilməkdədir. 2022-ci ilin I Rübü başa çatsa da nəticələr ürəkaçan deyil.


Bəzilərinin məsuliyyətsiz və işləmək qabiliyyətinin «0» olduğu məlum oldu. Bəzi şöbə sədrlərinin bu ad arxasında gizlənərək yalnız öz şəxsi problemlərinin həlli ilə məşğul olduğu üzə çıxdı. Xüsusən də son olaylar göstərdi ki, içimizdə bəzi sədrlər öz şəxsi mənafeyi naminə, nəinki döyüşçü dostlarını, hətta öz şərəfini belə satlıq mala çevirib. Belələrinə, əlbəttə sıralarımızda yer yoxdur və sonadək bu xislətdə olanlar birliyimizdən uzaqlaşdırılacaqlar.

Belə şöbələrin yenidən bərpasına ciddi ehtiyac duyulur. Yəqin ki, 2022-ci ildən bu problemlərin həlli prosesi davam etdiriləcək.


2022-ci ilin yanvar, fevral ayları üçün cədvəli təqdim edirik:

QEYD: Cari dövrə görə 33,3%-lik göstərici 100% ödəniş deməkdir. Yəni bu şöbələr hər 4 ayı ödəyiblər.


1. AVMVİB Xocavənd rayon şöbəsi — 125,0%
2.AVMVİB Nərimanov rayon şöbəsi — 116,6%
3. AVMVİB Saatlı rayon şöbəsi — 100,0%
4. AVMVİB Zərdab rayon şöbəsi — 100,0%

5. AVMVİB Ağdaş rayon şöbəsi — 83,3%
6. AVMVİB Çilov şöbəsi — 83,3%
7. AVMVİB Xankəndi şəhər şöbəsi — 50,0%
8. AVMVİB Nəsimi rayon şöbəsi — 50,0%
9. AVMVİB Sabunçu rayon şöbəsi — 50,0%
10. AVMVİB Beyləqan rayon şöbəsi — 41,6%
11. AVMVİB İmişli rayon şöbəsi — 41,6%
12. AVMVİB Lənkəran rayon şöbəsi — 41,6%
13. AVMVİB Gəncə şəhər şöbəsi — 33,3%
14. AVMVİB Tovuz rayon şöbəsi — 33,3%

15. AVMVİB Qubadlı rayon şöbəsi — 33,3%
16. AVMVİB Mingəçevir şəhər şöbəsi — 25,0%
17. AVMVİB Qazax rayon şöbəsi — 25,0%
18. AVMVİB Quba rayon şöbəsi — 25,0%
19. AVMVİB Sumqayıt şəhər şöbəsi — 25,0,%
20. AVMVİB Yevlax rayon şöbəsi — 20,8%
21. AVMVİB Ağstafa rayon şöbəsi — 16,6%
22. AVMVİB Naftalan rayon şöbəsi — 16,6%
23. AVMVİB Yasamal rayon şöbəsi — 16,6%
24. AVMVİB Abşeron rayon şöbəsi — 8,3%
25. AVMVİB Qaradağ rayon şöbəsi — 8,3%


AVMVİB Mətbuat Xidməti

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: