Zelenski Ukraynanın itkilərini açıqladı

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə müharibə başlayandan indiyədək ordunun itkilərini açıqlayıb.
Bu barədə Ukrayna lideri CNN-ə müsahibəsində bildirib. «Bizdə olan rəqəmlərə əsasən hesab edirik ki, 2 500-dən 3 000-ə qədər hərbçimizi itirdik. 10 min yaralımız var, onlardan neçəsinin sağ qalacağını demək çətindir», — Zelenski qeyd edib.