Rafael Ağayev Ukraynada həlak olub

Həmyerlimiz Rafael Ağayev Mariupolun rus işğalçılarından müdafiəsi zamanı həlak olub.
Verilən məlumata görə Rafael Ağayev həm də 2014-cü il Donbass döyüşlərinin veteranı olub.
Müharibədən sonra sahibi olduğu “Pizza Veterano” şirkətini təsis etmişdi. Rusiyanın hücumu başladığı ilk gündən isə Mariupolun müdafiəsini təşkil edən qüvvələrdən biri, Hərbi Dəniz Qüvvələri Dəniz Piyadalarının tərkibində döyüşlərə qatılmışdı.