18.10.2024

Şarl Mişel Azərbaycan və Ermənistan liderləri ilə görüşünü məhsuldar adlandırıb

Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla aprelin 6-da Brüsseldə keçirdiyi görüşü məhsuldar adlandırıb.

Bu barədə Şarl Mişel Twitter hesabında qeyd edib.

O, vurğulayıb ki, görüş konkret və nəzərəçarpacaq nəticələrlə məhsuldar olub. Avropa İttifaqı Şurasının prezidenti həmçinin gələcəkdə bütün zəruri məsələləri həll edəcək sülh müqaviləsinin hazırlanması üzərində işləmək öhdəliyinə işarə edib.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: