16.09.2024

Ərdoğan: “Oynanılan oyunları pozduq”

Rəcəb Tayyib Ərdoğan Dolmabahçedə şəhid ailələri ilə verilən iftar yeməyində çıxış edərkən maraqlı açıqlamalar verib.

«Dünyanın ən köklü ənənəsi olan, dünyanın ən möhkəm birliyi olan bir xalq olaraq özümüzü heç vaxt bu vəziyyətə salmamışıq və qoymayacağıq.

Millətimizlə birlikdə üzərimizdə oynanılan oyunları bir-bir pozduq. Gələcəyimizə xələl gətirmədik. Küçələri qarışdırmaq, ölkəni od və qan içində boğmaq istəyənlərə imkan vermədik, verməyəcəyik.

İqtisadiyyatımızda gözü olanlara qarşı var gücümüzlə mübarizə aparırıq. İnşallah, biz bu mübarizəni uğurla yekunlaşdırıb ölkəmizi dünyanın ən güclü 10 iqtisadiyyatı sırasında yerləşdirəcəyik.

Təbii ki, çətinliklərimiz var. Ancaq unutmayın ki, bizim də imkanlarımız var. Təbii ki, bizim problemlərimiz var. Ancaq unutmayın ki, ümidimiz daha böyükdür. Hər şeydən əvvəl əlimizdə olanların qədrini bilməliyik.

Dünya iqtisadi sarsıntıların gətirdiyi işsizlik ağrısını çəkərkən, biz məşğulluq, istehsal və ixracatımızla hədəflərimizə doğru addım-addım irəliləyirik. 2023-cü ildən sonra Türkiyə tamam başqa bir dövrə qədəm qoymuş olacaq.

İnanırıq ki, şəhidlərimizə, qazilərimizə rəhmət borcumuzu ödəməyin ən yaxşı yolu ölkəmizin 2023 hədəflərinə çatmaq və 2053 baxışını gənclərimizin öhdəsinə buraxmaqdır», — Ərdoğan bəyan edib.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: