AXISXA TÜRKÜ OLAN ŞƏHİDİMİZİN 20 YAŞI TAMAM OLDU

Aprelin 1-də 44 günlük Vətən Savaşında şəhidlik zirvəsinə ucalan Batdal Bayraqdarovun cənnətdəki 20-ci doğum günü tamam olub.
Qafqaz.media Azərbaycanda yaşayan Axısxa Türklərinin “Vətən” İctimai Birliyinin (ATVİB) mətbuat xidmətinə istinadən xəbər verir ki, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda başlayan Vətən Müharibəsinin ilk günündən döyüşlərə cəlb olunan əsgər Batdal Bayraqdarov 2020-ci il oktyabr ayının 12-də Füzuli istiqamətində gedən ağır döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.
Dünya Ahıska Türkləri Birliyi (DATÜB) və Axısxa Türklərinin “Vətən” İctimai Birliyi (ATVİB) Azərbaycanın ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhadətə qovuşan, Azərbaycanın Quba şəhərinin Ağbil kəndindən olan Axısxa türkü şəhidimiz Batdal Bayraqdarovun doğum günündə onun əziz xatirəsini yad edib.
