Rusiya ordusunda döyüşən azərbaycanlı öldürüldü

Rusiya Silahlı Qüvvələrinin hərbi qulluqçusu — 22 yaşlı azərbaycanlı Əhmədov Şahin Cabir oğlu Ukraynada gedən döyüşlərdə həlak olub.
Onun nəşi artıq Azərbaycana gətirilib.
Qeyd edək ki, Ş.Əhmədov Rusiyanın Vladiqafqaz şəhərində doğulub boya-başa çatıb. O, Azərbaycan diasporunun nümayəndəsi olub, 58-ci Əlahiddə Ümumqoşun Ordusunda xidmət edib
Mənbə: Qafqazinfo).