09.05.2025

27 rus gəmisinə əl qoyan kəşfiyyatçımız

(Türkmənçay müqaviləsini parça-parça etdi)

Çar Rusiyası dağıldıqdan sonra bir qrup general çar Rusiyasını bərpa etmək üçün fəaliyyət göstərir. General Denikinin başçılığı ilə hərəkət edən ordu şimali Qafqazı işğal edir və Azərbaycan Cümhuriyyətinə ultimatumlar göndərir.

Bolşeviklər Denikin ordusunu məğlub etdikdən sonra generallar gəmilərlə Xəzər dənizinə çıxırlar.

Bir gün 3 polkovnik Azərbaycan hökumətinə müraciət edərək Xəzərin Ənzəli limanında (İran ərazisi ) 27 Rusiya gəmisi olduğunu deyir. Onlara təhlükəsiz şərait yaradılmasını istəyən rus hərbçilərinə cavab veriləcəyi deyilir.

Nəsib bəyin göstərişi ilə gəmi heyətinin nümayəndələri ilə İrana aid hissədə, ingilislərin gözü qarşısında görüşə gedən Azərbaycan kəşfiyyatçısı generallara: «Artıq gəmilər içindəki silah sursatla birlikdə Azərbaycan hökumətinə aiddir»- deyir və hər gəmiyə asılması üçün 27 ədəd AZƏRBAYCAN bayrağı verir.

İranın, İngilislərin gözləri qarşısında rus bayraqları endirilir və gəmilərə Azərbaycan bayrağı asılır.

Nağı bəy Şeyxzamanlı davamında qeyd edir ki, gözlərim yaşla bu mənzərəni izləyirdim. Çünki Türkmənçay müqaviləsi ilə Rusiya və İran arasında ikiyə parçalanmış Azərbaycanın övladı bir əmri ilə İran ərazisində rus bayraqlarını endirir və gəmilərə Azərbaycan bayrağını asdırırdı.

Vətənin övladı bir əmri ilə Türkmənçay müqaviləsini parça-parça etmişdi.

Bu xalqımızın qələbəsi idi.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: