Unutma: onlar Vətən uğrunda döyüşmüşlər
Bu gün sabiq XTPD-nin döyüşçüləri şəhidlər xiyabanını ziyarət etdilər.
Milli Qəhrəman Tahir Həsənovun adına bağlanmış gül çələngi, şəhid məzarı üzərinə qoyuldu. XDPD döyüşçüləri şəhidin ruhuna fatihə oxuyub, başqa şəhid qardaşlarımızı da ziyarət etdilər.
Bu müqəddəs yerdə mən özümü narahat hiss edirəm. Sanki boğuluram. Bir-bir qardaşlarımızı ziyarət edərək, onların necə bu yüksək məqama qovşmasını yada salıb, döyüşləri xatırladıq.
Ədalət, Ərəb rəhmətlik Pərvizin şəhadətini, onu necə çətinliklə döyüş sahəsindən təhlükəsiz yerə çıxartmasını, Şamil, rəhməlik Ramizin necə gözlərini əbədi yummasını, Nuni, rəhmətlik Əsədin parçalanmış nəşini maşına qoyub, Bakıya yola salmasını xatırlayaraq ürək ağrısıyla danışdılar.
Malış hər ziyarət etdiyimiz qəbirin üstünə bir ədəd qərənfil qoyurdu.
Döyüş yoldaşlarımın qəbrlərinə baxıb, düşünürəm ki, bizdən aslı olmayan səbəbdən müharibə hələ də bitməyib, şəhidlərin qanı alınmayıb, torpaqlarımız işğal altındadır, qız-gəlinlərimiz isə hələ də əsirlikdədirlər. Amma bu son deyil! Biz öz son sözümüzü hələ deməmişik.
İnşəallah torpaqlarımız azad olunacaq, şəhidlırimizin qanı yerdə qalmayacaq.
Bütün əsirlər əzizlərinə qovuşacaq.
ALLAH CƏMİ ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT, QALANLARIMIZA ŞƏHİDLƏRİN QANINI ALMASINI NƏSİB ETSİN!
AMİN!
Sadiq Qədirli,
Müharibə veteranı