29.03.2024

AVMVİB Rəhbərliyi hərbi-vətənpərvərlik mövzusunda yazan yazarları təltif etdi

AVMVİB -nin 25 illiyi ilə əlaqədar təşkilat rəhbərliyi informasiya sahəsində və hərbi — vətənpərvərlik mövzuları ilə cəmiyyətdə öz imzaları tanınmış yazarları Fəxri fərmanla təltif edib.

Bununla bağlı AVMVİB sədrinin təşkilati işlər üzrə müavini Vahid Abdurəhmanova müraciət etdik. Sorğumuza cavab olaraq sədr müavini V. Abdurəhmanov bildirdi ki, AVMVİB daim hərbi-vətənpərvərlik ruhunun cəmiyyətdə yüksək olmasına çalışır. Bunu öz vəzifə borcumuza çevirmişik. Yaxın aylarda Mətbuat Xidmətiylə bu mövzuda bir müsabiqə elan etməyi düşünürük. Xüsusən gənc jurnalistlərin müharibəylə və müharibə iştirakçıları ilə bağlı yazıları bizi sevindirir. Qarşılaşdıqları çətinliklərə, sıxıştılara baxmayaraq, öz imkanları daxilində çalışmaqdadırlar. Bir veteran təşkilatı olaraq belə insanların adını anmaq, heç olmasa mənəvi dəstək olmağı özümüzə borc bildik. Bu siyahıya əsasən müharibə iştirakçılarının problemlərindən və Qarabağ problemindən yazan jurnalistlər, bloqqerlər və yazarlar salınıb.

AVMVİB sədrinin təşkilati işlər üzrə müavini Vahid Abdurəhmanov AVMVİB-nin Fəxri fərmanıyla təltif edilmiş yazarların siyahısını bizə təqdim etdi:

1. Rəhman Quluzadə
2. Elnur Səlim
3. Nurlan Məmmədli
4. Allahverdi Dərd
5. Pərviz Rəhimoğlu
6. Mircəlal Məcidli
7. Sadiq Qədirli
8. Abbas Hüseynli
9. Elşad Eyvazlı

Təbrik edirik!

AVMVİB Mətbuat Xidməti

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: