TƏBRİK: Hüseynov Astan Nəsi̇b oğlu — 59
İnsan üçün ən yaddaqalan günlərdən başlicasi onun həyata gəldiyi gündür. Ömrə bəzək olan ad günü hər il xüsusi ilə qeyd olunur. Belə insanlardan biri də yüksək peşəkarliği, humanistliyi, nəzəri və praktiki biliyi, işgüzarliği, mənəvi keyfiyyəti, dəqiqliyi və təmkinliyi, sadəliyi və səmimiyyəti, təvazökarliği eləcə də vətənpərvərliyi ilə seçilən ömrünün ən məhsuldar dövrünün 16 ildən çox şərəfli xidmət yolunu Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarinda keçirmiş 2-ci qrup müharibə əlili ehtiyatda olan mayor Hüseynov Astan Nəsib oğludur. Fevral ayinin 27- də onun 59 yaşi tamam olur.
Bununla əlaqədar olaraq Azərbaycan Vətən Müharibəsi Veteranlari İctimai Birliyinin rəhbərliyi və Azərbaycan Vətən Müharibəsi Veteranlari İctimai Birliyinin sədr müavini polkovnik Salman Musayev ehtiyatda olan mayor Hüseynov Astan Nəsib oğlunu doğum günü münasibətilə səmimi qəlbdən təbrik edir, həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağliği və həyat yollarinda bitib-tükənməyən nailiyyətlər arzulayir.
Arzu edirik ki, Hüseynov Astan Nəsib oğlunun yaşinin üstə gələn bu yaş ona sevinc dolu günlər bəxş etsin və hər yeni günü isə ötən günlərdən daha gözəl, istəklərinə uyğun onu xoşbəxt edəcək şəkildə keçsin. Amin!
Mayor Hüseynov Astan Nəsib oğlu 27 fevral 1963-cü ildə Gürcüstan Respublikasinin Rustavi şəhərində dünyaya göz açib.
O, 1980-ci ildə Qazax rayonun birinci Şixli kənd orta məktəbini bitirmişdir. 1989-cu ildə isə SSRİ Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Sankt-Peterburqda (Leninqrad) şəhərində yerləşən LKGİ-nin 60 illiyi adina ali hərbi siyasi məktəbi bitirib. O, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində müvafiq kurslarda, bir çox metodiki-təlim toplanişlarda, təlimlərdə, seminarlarda və konfranslarda fəal iştirak edib.
Mayor Astan Hüseynov 1981-1983-cü illərdə Sovet ordusunun Almaniyada yerləşən hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub, 1993-1995-ci illərdə SSRİ Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarin Tiflis şəhərində yerləşən konvoy mühafizə alayinda taborun komsomol təşkilatinin katibi, 1989-1991-ci illərdə Ukrayna Respublikasinin Xarkov şəhərində bölük komandirinin tərbiyəvi işlər üzrə müavini, 1992-1997-ci illərdə isə Azərbaycan Respublikasinin Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarin Baş İdarəsinin Binəqədi, Qazax, Xəzər rayonlarinda, Gəncə və Sumqayit şəhərlərində yerləşən hərbi hissələrində bölük komandirinin tərbiyəvi işlər üzrə müavini, bölük komandirinin birinci müavini, tabor komandiri, hərbi hissə komandirinin tərbiyə işlər üzrə müavini, hərbi hissə komandirinin birinci müavini, hərbi hissə komandiri, Daxili Qoşunlarin Bas İdarəsində Əməliyyat növbətçisi eləcə də Tərbiyə şöbəsində baş zabit vəzifələrində Vətənə, Dövlətə və xalqa sədaqətlə xidmət etmişdir.
Müstəqil Azərbaycanin Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarinda xidmət etdiyi illər ərzində, Azərbaycan Respublikasının Konstitusiyasina və qanunlarina əməl etməkdə, hərbi andin, hərbi nizamnamələrin və digər hüquqinormativ aktlarin tələblərinə, eləcə də vəzifə borclarinin icrasina məsuliyyətlə yanaşmiş, qarşiya qoyulmuş xidməti tapşiriqlari müvəffəqiyyətlə yerinə yetirilməsi üçün öz əməyini əsirgəməmişdir.
O, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özünü qorxmaz, səxavətli, insanpərvər, zəhmətkeş zabit kimi göstərmişdir. O, istər anadan olduğu və yaşadiği ərazidə, oxuduğu orta və ali təhsil müəssisələrində, istərsə də xidmət etdiyi və işlədiyi kollektivlərdə, dost-taniş, qohum-əqrəba arasinda özünə layiq hörmət qazanmişdir.
Hüseynov Astan Nəsib oğlu Azərbaycan Respublikasinin Ərazi bütövlüyü uğrunda (Ağdam, Ağdərə, Qubadli və Füzuli rayonları istiqamətində) gedən döyüşlərdə fəal iştirak edib. O, 1992 — ci ilin Avqust ayinin 30 da Ağdərə rayonu uğrunda gedən döyüşlərdə yaralanmişdir.
Hərbi xidmət vəzifələrinin icrasi zamani yüksək mənəvi döyüş keyfiyyətləri göstərdiyinə görə, döyüş və ictimai siyasi hazirliğinda, hərbi intizamin möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlarin Komandanin və onun müavinlərinin, Ali hərbi məktəb rəisinin, Diviziya və hərbi hissə komandirinin müvafiq əmrləri ilə əla xidmətlərə görə döş və yubiley nişanlari ilə, pul mükafati, fəxri fərmanla və qiymətli hədiyyələrlə mükafatlandirilmişdir.
Bundan başqa Döyüş hazirliğindaki əla göstəricilərə görə, təlimlərdə, xüsusi əməliyyatlarda, döyüş xidmətində, döyüş növbəsində xüsusi fərqlənməyə görə şücaət və fədakarliq göstərdiyinə görə Azərbaycan Respublikasının Prezidenti və SSRİ Ali Soveti adindan Daxili İşlər Nazirinin müvafiq əmrləri ilə «Qüsursuz xidmətlərə görə 2-ci və 3-cü dərəcəli, SSRİ Silahli Qüvvələrin yaranmasinin 70 illiyi yubiley medali ilə təltif olunub.
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, ASTAN BƏY!
UCA RƏBBİMİZ HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
ARZU EDİRƏM Kİ, HƏYATINDA HEÇ BİR ÇƏTİNLİYİN OLMASIN.
QOY HƏYATINDAKI UĞURSUZLUQLARIN SƏNƏ RUH DÜŞKÜNLÜYÜ
YOX, ƏKSİNƏ HƏR ŞEYİ YENİDƏN BAŞLAMAQ ÜÇÜN TƏKAN VERSİN.
DAİMA XOŞBƏXT YAŞA, ÖMRÜN UZUN OLSUN!
HƏMİŞƏ ÜZÜNÜZ GÜLSÜN, ÜRƏYİNİZ SEVİNSİN!
Dərin hörmətlə, Azərbaycan Vətən müharibəsi Veteranlari İctimai Birliyinin sədr müavini polkovnik Salman Musayev