27.07.2024

Azərbaycanın Milli Qəhrəmanı Tahir Həsənovun Anım tədbiri keçirilib

Azərbaycan Vətən Müharibəsi Veteranlar İctimai Birliyi (AVMVİB) Nəsimi rayon şöbəsi və rayon şöbəsinin üzvləri Azərbaycanın Milli Qəhrəmanı Tahir Həsənov adına 23 saylı tam orta məktəbdə şəhidin Anım günündə iştirak ediblər.

Bu baradə Azərbaycan Vətən Müharibəsi Veteranlar İctimai Birliyi (AVMVİB) Nəsimi rayon şöbəsinin sədri Elmar Hüseynov məlumat verib.

Ehtiyatda olan polkovnik Elmar Hüseynov bildirdi ki, tədbirdə II Dünya müharibəsi veteranı Ağababa dayı,Vətən müharibəsi veteranları İlham Rüstəmov, Vidadi Ağagülov, Elçin İmanov, İlqar Hüseynov və başqaları iştirak ediblər.

Nurlan Məmmədli

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: