Sabirabadlı veteranlar Xocalı soyqırımı tədbirlərində iştirak ediblər
Azərbaycan Vətən Müharibəsi Veteranlar İctimai Birliyi (AVMVİB) Sabirabad rayon şöbəsinin üzvləri XX əsrdə bəşər tarixinə Xocalı soyqırımı kimi daxil olan qanlı faciənin 30-cu ildönümü ilə bağlı ümumrayon tədbirində iştirak ediblər.
Azərbaycan Vətən Müharibəsi Veteranlar İctimai Birliyi (AVMVİB) Sabirabad rayon şöbəsinin sədri Faiq Hüseynov bildirib ki, rayonun Bayraq muzeyində keçirilən tədbirdə Sabirabad rayon İcra Hakimiyyətinin Başçısı Siraqəddin Cabbarov çıxış etdi. Daha sonra tədbirdə ədəbi-bədii kompozisiyalar mümayiş edildi.
Tədbirdə rayonda məskunlaşan Xocalı sakinləri də iştirak edirdilər.
Həmçinin rayon veteranları Sabirabad rayonu şəhid Mübariz Şahmurov Nərimankənd orta məktəbində Xocalı soyqırımına həsr olunmuş tədbirdə iştirak ediblər.
Faiq Hüseynov tədbirdə çıxış edib. Məktəb adını daşıdığı şəhid Mübariz Şahmurov Xocalının müdafiəçilərindən olub və 26 fevral 1992-ci ildə Xocalıda şəhid olunub.
Şəhid Mübariz Şahmurovun məktəbin həyətində olan abidəsi ziyarət olundu və ruhuna dualar oxundu.
Allah şəhidlərimizə rəhmət eləsin!
Elçin Qədirov
Qarabağ üzrə müxbir, Sabirabad