15.10.2024

Xocalı soyqırımından 30 il ötdü…

Azərbaycan Vətən Müharibəsi Veteranlar İctimai Birliyi (AVMVİB) Rəhbərliyi və rayon şöbələrinin üzvləri XX əsrdə bəşər tarixinə Xocalı soyqırımı kimi daxil olan qanlı faciənin 30-cu ildönümü ilə əlaqədar Bakıda ümumxalq yürüşündə iştirak ediblər.

Yürüş iştirakçıları olan müharibə veteranları Xətai rayonunda ucaldılan Xocalı abidəsinin yerləşdiyi əraziyə gəliblər.

AVMVİB sədri Füzuli Rzaquliyev və müharibə veteranları Xocalı soyqırımı abidəsinin önünə gül qoyub, faciə qurbanlarının xatirəsini ehtiramla yad ediblər.

Elnur Səlim

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: