27.07.2024

Redaktor təltif edilib

Fedai.az xəbər portalının redaktoru, veteran.az saytının və Veteran TV internet televiziyasının əməkdaşı, təhsil işçisi, Yeni Azərbaycan Partiyasının fəallarından olan Elnur Səlim Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyev tərəfindən Fəxri Fərmanla təltif edilib.

Şəhid ailələrinin problemlərinin həllində yaxından iştirak etdiyinə və təşkilatın ictimai həyatını işıqlandırdığına görə Elnur Qafar oğlu Səlim təhsil ictimaiyyəti və işlədiyi məktəb kollektivi qarşısında «Fəxri fərmanla» təltif edilib.

Göstərilən diqqət və qayğıya, barəsində deyilən xoş və səmimi sözlərə görə minnətdarlığını ifadə edən Elnur Səlim üzərinə düşən vəzifələri bundan sonra da layiqincə yerinə yetirəcəyini bildirmişdir. O, Vətən uğrunda canından və qanından keçmiş hər şəhidlərə rəhmət, qazilərimizə isə ömrümüzün sonuna kimi borclu olduğumuzu qeyd etmişdir.

Təltifetmə mərasimində AVMVİB-in İctimaiyyətlə Əlaqələr üzrə sədr müavini İslam Səfərov, AVMVİB-in Nəsimi rayon şəbəsinin sədri, «Azərbaycan Bayrağı» ordenli polkovnik Elmar Hüseynov, AVMVİB-nin Binəqədi rayon şöbəsinin sədri Mərdan Ələsgərov iştirak etmişlər.

Şahin Səlimli

Mənbə: İctimaimedia.az

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: