Sahil Babayev təltif olundu

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Macarıstanın «Şərəf» ordeni ilə təltif olunub.
Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının iclasında iki ölkə arasında əməkdaşlığa verdiyi töhfəyə görə nazirə “Şərəf” ordeni təqdim edilib. Macarıstan xarici işlər və ticarət naziri Peter Siyarto ordeni Macarıstan Prezidentinin adından təqdim edib.
Mənbə: APA