15.10.2024

AVMVİB SƏDRİ GƏNCLƏRİ TƏBRİK ETDİ: Bu gün Azərbaycan Gənclərinin Günüdür

Bu gün — 2 fevral Azərbaycan Gəncləri Günüdür.


Bu gün münasibətiylə Azərbaycan gənclərinə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyev təbrik ünvanlayıb.


Təbrikdə deyilir:


— Əlamətdar tarixi gün gənclərə hər zaman diqqət və qayğı ilə yanaşan, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verən ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.

Heydər Əliyevin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan olunub. Qeyd edək ki, həmin vaxtdan etibarən bu gün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda təntənəli şəkildə qeyd edilməsinə başlanılıb. Bununla da Azərbaycan bir çox sahələrdə olduğu kimi, bu sahədə də bir çox ölkələri qabaqlayıb. Bu arada qeyd edək ki, Azərbaycanda Gənclər Günü təsis edildikdən xeyli sonra – 1998-ci ilin 8-12 avqustunda gənclərin işləri üzrə nazirlərin ümumdünya konfransının tövsiyəsi əsasında BMT Baş Məclisinin 1999-cu il 17 dekabr tarixli qətnaməsi ilə 12 avqust — Beynəlxalq Gənclər Günü elan olunub.


Davamlı surətdə yürüdülmüş siyasət nəticəsində dövlət başçısı İlham Əliyevin yürütdüyü uğurlu siyasətin gənclər arasında vətənpərvərlik hisslərinin daha da artması öz bəhrəsini 2020-ci ildə verdi. Xatırladaq ki, hələ 2020-ci ilin ilin iyul ayında Ermənistanın Tovuzda törətdiyi təxribatdan sonra on minlərlə gənc könüllü olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin idarə və şöbələrində qeydiyyata düşdü.


44 günlük Vətən müharibəsi zamanı gənclərimiz Bayrağa, Dövlətə, Vətənə bağlılığının nə qədər əhəmiyyətli olduğuna şahidlik etdik. Könüllü olaraq Vətən savaşında iştirak etmək istəyən gənclərin sayının xeyli artması, Ali Baş Komandan tərəfindən qismən səfərbərliyin elan olunması gənclərin Ali Baş Komandana dəstəyinin bariz nümunəsi idi.


Bütün bunların məntiqi nəticəsi olaraq Azərbaycan gəncliyi 44 günlük müharibədə düşmən üzərində Zəfər qazandıq və xalqımızın 100 illik arzuları reallığa çevrildi.


Bir zamanlar biz də gənc idik və əlimizdə silah sizlər kimi Vətənimizin müdafiəsinə qalxdıq. Amma bizim sizlərdən fərqli olaraq bir liderimiz yoxdu. Hərb işini bilməyən, şəxsi ambisiyalarını Vətəndən üstün tutan siyasi dələduzlar düşmənə imkan verən əsas faktora çevrildi. Lakin bu gün öz strateqliyi və siyasi prosesləri düzgün analiz edən, hərbi sahədə davamlı islahatlar aparan, cəbhəni dəqiq izləməyi və idarəetməni bacaran bir Ali Baş Komandanımız var. Onun ətrafında daha sıx birləşərək, daxili və xarici düşmənləri sonadək əzmək missiyası bu gün gəncliyin bir nömrəli vəzifəsi olaraq qalmaqdadır.

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sıralarında gənc döyüşçü veteranlarımızın sayı durmadan artır. 20 mindən çox gəncimiz sıralarımıza qatılıb. Bu gün onların günüdür. Allah gənclərimizi qorusun. Bu gün sizin gününüzdür. Gününüz mübarək!

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: