27.07.2024

AVMVİB üzvləri Daşaltı şəhidlərini Anım tədbirində bir araya gəldilər…

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) üzvləri Daşaltı əməliyyatı zamanı şəhid olmuş döyüş yodaşlarının əziz xatirəsini 30-cu dəfə anmaq üçün Şəhidlər Xiyabanında toplandılar.


İldönümü tədbirində müharibə veteranları ilə yanaşı, əməliyyat zamanı şəhid olmuş döyüşçülərin ailə üzvləri, ictimaiyyət nümayəndələri, o cümlədən AVMVİB rayon şöbələrinin üzvləri də iştirak edirdilər.

AVMVİB sədri Füzuli Rzaquliyev Anım tədbirində bildirdi ki, hər il olduğu kimi bu il də o tarixi günün iştirakçıları və onlarla birgə müxtəlif cəbhələrdə Vətənin müdafiəsində yaxından iştirak etmiş müharibə veteranları öz vəfa borclarını vermək üçün bu müqəddəs məkana toplaşıblar. Biz onları unutmadıq. Həqiqətən də «Şöhidlər ölməzlər». Buraya gələn döyüşçülər öz döyüş dostlarının görüşünə toplaşıblar.

Daha sonra Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri F. Rzaquliyev bu il şərəflə və üzüağ şəhidlərin görüşünə gəldikləri üçün Azərbaycanın şanlı ordusuna və Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevə hər bir döyüşçü adından öz minnətdarlığını bildirdi. Hər kəsi qəti qələbəyədək ölkə rəhbərinin ətrafında sıx birləşməyə çağırdı.


Həmçinin Daşaltı əməliyyatı Azərbaycan əsgərinin ən ümdə bir xüsusiyyəti ortaya çıxdı. Azərbaycan əsgəri öz torpağı uğrunda ən çətin şərtlər altında belə ölüb öldürməyi bacardığını tarixin səhifəsinə həkk elədi.

Düşmən terrorçuların və muzdlu rus hərbçilərinin cəsədlərini heç zaman saya almayıblar. Yəni hələ də bəziləri bu əməliyyatı bəzən faciə adlandırmaları doğru deyil. Düşmənə yetərli zərbə vurulmuşdu, sadəcə uğursuzluq əməliyyatın başa çatdırılmaması idi…


Müharibə veteranları Şəhidlər Xiyabanında Əbədi Məşəl abidəsi önünə əklil qoymuş və burada uyuyan şəhidlərin məzarları üzərinə tər qərənfillər düzmüşlər. Tədbir Daşaltı əməliyatı zamanı həlak olmuş şəhidlərimizin adları həkk edilmiş abidə qarşısında yekunlaşıb.

Çıxış edən şəhid ailələrinin üzvləri təkliflə çıxış edərək, Daşaltını ziyarət etmək istədiklərini bildirdilər. İnanırıq ki,Ş o qəhrəmanların qanı tökülmüş torpaqları ziyarət etmək daha çox bu ailələrin haqqıdır.

Elnur Səlim

Fotolar: Azad Musayevindir

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: