Vətən Müharibəsi Qəhrəmanına yüksək VƏZİFƏ VERİLDİ

Vətən müharibəsinin iştirakçısı, Vətən Müharibəsi Qəhrəmanı Anar Mirzəyevə vəzifə verilib.
Bununla bağlı Müdafiə naziri, general-polkovnik Zakir Həsənov əmr imzalayıb. Əmrə əsasən, polkovnik-leytenant Anar Mirzəyev Cəmşid Naxçıvanski adına Hərbi liseyin rəis müavini vəzifəsinə təyin olunub.
O, Hərbi Liseyin rəisi vəzifəsi vakant olduğundan, müvəqqəti olaraq liseyin rəisi vəzifəsini icra edəcək.