27.07.2024

Gəncə şəhəri N saylı hospitalda tədbir keçirilib

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Göygöl rayon veteranları Gəncə şəhəri N saylı hospitalında tədbir keçirdilər.


Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin səlahiyyətli nümayəndəsi, Göygöl rayon şöbəsinin sədri `Həbib Hüseynov məlumat verib.


Həbib Hüseynov bildirdi ki, 44 günlük Vətən müharibəsində hərbi həkimlərimizin misilsiz xidmətləri unudulmamalıdır. Onlarla əsgər və zabitimizi həyata qaytaran həkimlərimizə AVMVİB sədri Füzuli Rzaquliyevin adından öz təşəkkürlərimizi çatdırdıq və onları Fəxri fərman, Xatirə medalı ilə təltif etdik. Həqiqətən də heç kim unudulmamalı və heç nə yaddan çıxmamalıdır.

Tədbirdə Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Göygöl rayon şöbəsinin üzvü polkovnik Əli Verdiyev çıxış edərək, bu gün də Hüseyn həkimin bu gün də şəhid ailələrinə və qazilərin müalicəsinə əlindən gələn yardımı əsirgəmədiyini qeyd etdi.

Nurlan Məmmədli

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: