TƏBRİK: YÜZBƏYOV NAMİQ ABDÜLFƏTTAH OĞLU — 69
Yüksək peşəkarlığı və humanistliyi nəzəri və praktiki biliyi,işgüzarlığı və mənəvi keyfiyyətilə, dəqiqliyi və təmkinliyi, sadəliyi və səmimiyyəti ilə seçilən ömrünün ən məhsuldar dövrünün 38 ildən çox şərəfli xidmət yolunu hərbi xidmətdə (tibb sahəsində) keçirmiş Silahlı Qüvvələr və Müharibə Veteranı ehtiyatda olan tibb xidməti polkovnik-leytenantı Yüzbəyov Namiq Əbdulfəttah oğlunun yanvar ayinın 14 -də 69 yaşı tamam olur.
Daimi həyatın bütün imtahanlarından alınıaçıq, üzüağ çıxan tibb xidməti polkovnik leytenantı Natiq Yüzbəyovu belə bir əlamətdar gün münasibətilə Avmvib rəhbərliyi və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədr müavini polkovnik Salman Musayev səmimi qəlbdən təbrik edir, ona həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı, ailə səadəti və həyat yollarinda bitib — tükənməyən nailiyyətlər arzulayir.
Namiq həkimin yaşının üstə gələn bu yaş ona sevinc dolu günlər bəxş etsin və hər yeni günü isə ötən günlərdən daha gözəl istəklərinə uyğun onu xoşbəxt edəcək şəkildə keçsin. Amin!
Həmişə müqəddəs peşəsinə layıq,yüksək iş qabiliyyətləri ilə fəriqlənən cəfakeş həkimlrəimizdən biri olan Silahlı Qüvvələr və Müharibə Veteranı ehtiyatda olan tibb xidməti polkovnik- leytenantı Yüzbəyov Namiq Əbdülfəttah oğlu 14 yanvar 1953-cü ildə Qusar rayonunda dünyaya göz açıb.
O, 1970-ci ildə Baki şəhərində orta məktəbi, 1975-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakultəsini, DİN-in İslah-əmək müəssələrində və Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində isə həkimlərin təkmilləşmə İnstitutunu müvəffəqiyyətlə bitrib. Namiq Yüzbəyov Daxili Qoşunların Baş idarəsində keçirilən bir çox metodiki- təlim toplanışlarda, seminar və konfranslarda fəal iştirak edib .
O,ali təhsilini başa vurduqdan sonra təynatla Baykal-Amur magistralında həkim kimi çalışıb. 1979-cu ildə doğma Vətənə qayıdıb.SSRİ -nin Zaqafqaziya hərbi dairəsinin Bakıdakı hospitalında həkim-ordinator vəzifəsində xidmətə başlayıb. 1989- 1993 -cü illərdə baş leytenant rütbəsində DİN-in islah-əmək müəssəsinin mərkəzi xəstəxanasında cərrah- ordinator kimi xidmətini davam etdirib.
1993-2013-cü illərdə Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Qaradağda və Nərimanov rayonlarında yerləşən hərbi hissəsində (hərbi hospitalında) 2-ci cərrahiyyə şöbəsin rəisi, hərbi hissə komandirinin (hospial rəisinin) müalicə işlər üzrə müavini , Daxili Qoşunların Baş idarəsinin tibb xidmət rəisinin müavini vəzifələrində Vətənə Dövlətə və xalqa sədaqətlə xidmət etmişdir.
1993-cü ilin may ayından başlayaraq,atəşkəs dövrünə qədər vaxtaşarı ön cəbhəyə ezamiyyətə gedən Namiq həkim hərbi səhra lazaretində müalicə olunan yaralıları ölümün pəncəsindən xilas edib.Döyüşlərin ağır məqamlarında düşmən güləsinin və mərmisinin təsirindən yaralanmış yüzlərlə döyüşcülərin həyata qaytarılmasında onun misilsiz əməyi danılmazdır.
Yüksək peşəkarlığı ilə seçilən Namiq həkimin travmatologiya sahəsində topladığı zəngin təcürbəni və biliyini hərbi həkimlərdən əsirgəməyib, onların peşəkar yetişməsinə həsr edib .Namiq həkim xüsusən ezamiyyətdən qayıtdıqdan sonra da, hərbi hospitalda fəaliyyətini davam etdirərkən, cəbhə xəttində əl-ayağını itirmiş xəstələrin vəziyyətinin ağırlaşması ilə əlaqədar onların yenidən ampulatasiya (kəsilmə) Əməliyyatnı uğurla yerinə yetirərək,ölum hadisəsinin qarşısını öz səmimi davranışı ilə ala bilmişdir.
Öz davranışı,insan qayğısı ilə xəstələrin yaralarına məlhəm qoyan Namiq həkim onu tanıyanların nəzərində insanlığın fövqünə yüksəlibdir. Dövlətmiz, xalqmız qarşısındakı xidmətləri DİN- in tibb idarəsinin komissiyası tərəfindən yüksək qiymətləndirilərək, ona ali dərəcəli travmatoloq adı verilmişdir.
Müstəqil dövlətmizin etimatını şərəflə doğruldan polkovnik leytenant Yüzbəyov Namiq Əbdülfəttah oğlunun xalqmız qarşısındakı müqqədəs əməlləri və xeyirxah işləri yetişməkdə olan gənc nəsilmiz üçün yenilməz nümunədir.
Müstəqil Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməkdə, hərbi nizamnamələrin və hərbi adın tələblərinin yerinə yetirilməsində üzərinə düşən vəzifə və tapşırıqların yerinə yetirilməsində tabeçiliyində olanlar üçün şəxsi nümunə olmuş, Hippokrat andına isə həmişə sadiq qalmışdır.
Namiq həkim Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özünü qorxmaz, səxavətli, əliaçıq, insanpərvər zabit ( təcürbəli həkim )kimi göstərmişdir. O,istər yaşadığı və arndan olduğu ərazidə, istərsə də təhsil aldıgı təhsil müəssisələrində, qohum-əqrəba, dost-tanış arasında, işlədiyi və xidmət etdiyi kollektiv arasında özünə layiq böluk hörmət qazanmışdır.
Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi döyüş keyfiyyətləri göstərdiyinə görə döyüş və ictimai siyası hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, hərbi hissə komandirinin müvafiq əmrləri ilə əla xidmətlərə görə döş və yubiley nisanları ilə, pul mükafatları ilə, fəxri fərmanlarla və qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.
O, Azərbaycan Respublikasında ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasnda, şəhərdə, yaşayış məntəqələrində və cəzaçəkmə müəssisələrində baş vermiş kütləvi ixtişaşların qarşısının alınmasında, Mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə,qanunsuz silahlı dəstələrin axtarışında və zərərsizləşdirilməsində, Fövqalədə vəziyyət zamanı hüquqi rejimin təmin olunmasında, dövlətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düsən vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerınə yetirmişdir.
Ona həvalə edilmiş vəzifə və tapşırıqlarının şərəflə yerinə yetirilməsində xüsusi fəriqləndiyinə görə tibb xidməti polkovnik- leytenantı Namiq Yüzbəyov Silahlı Qüvvələr Veteranı, Qüsursuz xidmətə görə 1-ci, 2-ci və 3-cü dərəcəli, Silahlı Qüvvələrin yaranmasının isə 10-iliyi, 90-iliyi və 95-iliyi yubiley medalları ilə təltif olunub.
Azərbaycan Respublikasının Prezidentinin 11 mart 2008-ci il tarixli 2727 saylı sərəncamına əsən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şücaət və igidliyə, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə görə «Hərbi Xidmətlərə Görə medalı ilə təltif edilib.
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, NAMİQ HƏKİM!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
BÜTÜN ARZULARIN ÇİN OLSUN!
DAİMA XOŞBƏXT YAŞA, ÖMRÜN UZUN OLSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
Dərin hörmətlə, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədr müavini polkovnik Salman Musayev