27.07.2024

«Qazaxıstanda erməni hərbiçilər əsir götürülüb AZƏRBAYCANA VERİLƏCƏK»

Qazaxıstana göndərilən erməni əsgərləri əsir götürüləcək və oradan da Azərbaycana göndəriləcək.

Hafta.az xəbər verir ki, bu absurd iddia ilə Ermənistanın Polşadakı keçmiş səfiri, Konstitusiya Məhkəməsi aparatının keçmiş rəhbəri Edqar Qazaryan çıxış edib.

Onun sözlərinə görə, Paşinyanın müəyyən tələbləri yerinə yetirməsi müqabilində həmin əsirlər Ermənistana qaytarılacaq, daha sonra isə İrəvanda mühakimə olunacaqlar.

Erməni diplomat bildirib ki, Ermənistanın baş naziri Nikol Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Katibliyinin funksiyalarını öz üzərinə götürüb və işə ziyan vurub, çünki onun qərarı beynəlxalq ictimaiyyətdə KTMT mexanizminin işə salınmasının qanuniliyi ilə bağlı suallar doğurub.

Mənbə: Hafta.az

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: