27.07.2024

İlon Mask peyvənd vurduranları ələ saldı, tənqid olundu

«SpaceX» və «Tesla CEO»su İlon Mask sosial şəbəkələrdə peyvənd olunanlar və olunmayanlarla bağlı zarafat edib.  

Sfera.az xəbər verir  ki, milyarder «Twitter»də COVID-19 peyvəndi müzakirəsinin hər iki tərəfini (peyvənd edilmiş və edilməmiş) əks etdirən foto paylaşıb. 


Belə ki, fotoda peyvənd olunmuş şəxsin yanında onlarla iynə deşilmiş və başında QR kodu döymə vurulmuş peyvənd olunmamış bir kişi görünür.
Həmin foto sosial  şəbəkələrdə  tənqid hədəfinə çevrilib.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: