Separatçıların Xankəndidə tank manevrləri… — Video
Ermənistanda Nikol Paşinyanın komandası ilə Qarabağ klanının hakimiyyət və resurslar uğrunda mübarizədə canfəşanlıqla bir-birinin boğazını gəmirdiyi, rəsmi İrəvanın isə artıq açıq şəkildə separatçılarla qarşıdurmaya girdiyi bir vaxtda ruhdan düşmüş erməni icmasının köməyinə məhz Rusiya sülhməramlı kontingenti gəlir.
Bu baradə “Caliber”in növbəti süjetində bildirilir.
“Görünən odur ki, sülhməramlılar bütün səyləri ilə hamını “sürünən miatsum” layihəsinin davam etdirilməsi və Azərbaycan ərazisində separatizmin kökünün qorunub saxlanması missiyasının məhz onlara həvalə olunmasını sübut etməyə çalışır. Belə ki, müvəqqəti məsuliyyət zonasında onların məntiqsiz hərəkətlərini başqa cür şərh etmək sadəcə mümkün deyil”, — deyə videomaterialda qeyd olunur.
Daha ətraflı aşağıdakı süjetdə: