21.11.2024

Moskva fırtınası Vaşinqton küləyini əvəzləyə biləcəkmi? — Ankara çox diqqətlidir

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ermənistan-Türkiyə xüsusi nümayəndələrinin görüşünün Moskvada baş tutacağını bəyan edib. O, vaxt açıqlamayıb. Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü bəyan edib ki, görüşün vaxtı ilə bağlı hələlik razılıq yoxdur. Çavuşoğlu onu da bildirib ki, Moskvanın görüş yerinin nəzərə alınması erməni tərəfinin istəyidir.

İrəvanda Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılmasını böyük risklərlə xarakterizə etməyə çalışırlar. Onlar Ermənistanın üçüncü tərəflərlə münasibətlərinin balansından, bu amildən, həmçinin üçüncü tərəflərin mümkün mənfi təsir riskindən danışırlar. Çavuşoğlunun Ermənistan və Türkiyədən xüsusi nümayəndələr təyin ediləcəyini açıqlamasının ardınca, “Bloomberg”də Türkiyənin bu addımı Baydenin oktyabrda Erdoğana müraciəti kontekstində atdığı, ABŞ-la münasibətləri yaxşılaşdırmağa çalışdığı bildirilib.

Beləliklə, nə Türkiyə, nə də Vaşinqton bu faktı inkar etmir. Əgər Ermənistan-Türkiyə münasibətlərinin indiki normallaşması prosesinin “yelkəni” Vaşinqtonun “küləyi” hesabına baş veribsə, onda bu prosesin birdən-birə Rusiya “fırtınası” ilə toqquşmaması burada daha vacib olur. Bu mənada, erməni tərəfi Rusiya istiqamətində fəaliyyət göstərməyə can atır.

Xüsusən də Ermənistanın baş naziri Nikol Paşinyan dekabrın 24-də keçirdiyi mətbuat konfransında ictimai gözləntiləri cilovlamağa çalışaraq bunun kifayət qədər mürəkkəb proses olduğunu bəyan edib. Bu baxımdan İrəvanda bir o qədər də optimist gözləntilərə qapılmağı düşünmürlər.

Mənbə: Ordu.az

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: