Goranboyda qazilərlə görüş keçirildi
44 günlük Vətən müharibəsində iştirak etmiş goranboylu döyüşçülərlə görüş keçirilib.
Görüşdə Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, rayonun polis rəisi və hərbi kommissarı, digər rəhbər şəxslər və ictimai fəallar iştirak edib.
Görüş iştirakçıları öncə Ümummilli Lider Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsini ziyarət ediblər. Sonra tədbir rayonun Heydər Əliyev Mərkəzində davam etdirilib.
Tədbirdə torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi ehtiramla anılıb. Qazilərimizin sosial qayğıları ilə maraqlanan icra başçısı səsləndirilən məsələlərin operativ həlli ilə bağlı aidiyyəti orqanların rəhbərlərinə müvafiq tapşırıq və tövsiyələrini verib.
Tədbirin sonunda xatirə fotosu çəkilib.
Mənbə: Axar.az