14.12.2024

Ermənilərin Qazaxın 7 kəndi ilə bağlı ŞOK PLANI: Nə baş verir?

Azərbaycanın Qazax rayonuna məxsus 7 anklav kəndinin Ermənistanın işğalında olduğu hər kəsə məlumdur. Bununla bağlı müharibədən sonra müəyyən məlumatlar olsa da, sonradan söhbətin üzərindən sükutla keçildi. Hətta 10 noyabr sazişində həmin 7 kəndin Azərbaycana qaytarılması məsələsinə dair bəndin olması, lakin son anda çıxarılmasına dair də məlumatlar mövcud idi.

Bir neçə ay bundan əvvəl rus sülhməramlıları Ermənistan tərəfdən həmin kəndlərdə özlərinə post qurmağa başladılar. Bununla bağlı, rəsmi İrəvan hər hansı bir açıqlama vermədi. Heç Azərbaycan tərəfi də mövzuya toxunmadı. Qeyri-müəyyən vəziyyətdə qalmış Qazaxın 7 kəndinin aqibəti ilə bağlı müəmma isə davam edir.

Bu günlərdə məlum olub ki, Ermənistan tərəfi Yuxarı Əskipara kəndindən keçən yola alternativ yolun çəkilişinə start verib. Alp.az  Ermənistanda nəşr olunan “Fakt” qəzetinə istinadən xəbər verir ki, bu işə yerli şirkətlərdən biri cəlb olunub. Onlar dünən Tavuş vilayətinə gələrək, Yuxarı Əskipara kəndində qalmaq üçün ev axtarıblar. “Yerli sakinlər bu yolun hansı məqsədlə çəkildiyini soruşublar. Şirkət işçiləri bildirib ki, onlara İrəvan-İcevan-Noyemberyan magistral yolunun Bağanis Ayrım və Yuxarı Əskiparadan keçən hissəsinə alternativ yol çəkilməsi barədə tapşırıq verilib”.

Bundan başqa həmin şirkətin Kirən-Əskipara dağ yolunu çəkəcəyi də məlum olub. Qəzet bununla bağlı Tavuş vilayət admnistrasiyası ilə əlaqə saxlayıb. Lakin admnistrasiya məsələdən məlumatsız olduqlarını bildirib. Ermənistan Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyi isə suala cavab verməkdən imtina edib.

Qeyd edək ki, Qazaxın 7 kəndi 1990-cı ildə ermənilər tərəfindən işğal olunub. Müharibədən sonra İrəvan-İcevan-Noyemberyan əsas magistral yolu genişləndirilib və avtoban səviyyəsinə çatdırılıb. H-53 magistral yolununbir hissəsi Azərbaycan kəndləri olan Bağanis Ayrımdan, digər hissəsi isə Yuxarı Əskiparadan keçir.

Məsələnin maraqlı tərəfi Ermənistan onun üçün strateji əhəmiyyət daşıyan və Gürcüstan sərhəddinə qədər uzanan belə bir magistrala niyə alternativ yol çəkməsidir. Qazaxın 7 kəndinin geri verilməsi ilə bağlı heç bir danışıq getmir. Erməni tərəfi o kəndlərin qaytaracağı barədə bir kəlmə də olsun danışmır. Belə olan halda alternativ yolun çəkilməsi olduqca maraqlı məsələdir.

Mənbə: Jamaz.info

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: