12.05.2024

Baş Qərargah rəisi helikopter qəzasına uğrayıb — Hindistan

Hindistan ordusunun Baş Qərargah rəisi Bipin Ravatın olduğu helikopter qəzaya uğrayıb.

Bu barədə Hindistan ordusundan açıqlama verilib. Məlumata görə, hadisə Tamil Nadu vilayətində baş verib. Əraziyə xilasedicilər cəlb edilib. Helikopterdə olan şəxslərin taleyi barədə açıqlama verilmir. Helikopter yerə çırpılandan sonra alışıb. Helikopterin tamamilə sıradan çıxdığı bildirilib.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: