Əpl Xankəndinin adını qaytardı

İşğaldan azad olunmuş Azərbaycan ərazilərinin rəsmi adları sosial platformalarda yenidən düzgün formada qeyd olunmağa başlanılıb.
Veteran.az Yenisabah-a istinadən xəbər verir ki, bu dəfə “Əpl Map”(Xəritə) və “Əpl Weather”(Hava) tətbiqi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonunun ərazisində yerləşən şəhərlərin adlarını doğru formada qeyd edib.
Belə ki, tətbiqlərin istifadəçiləri artıq qondarma adlarla deyil, Şuşa, Xankəndi, Xocalı, Xocavənd kimi rəsmi adlarla qarşılaşacaqlar.