21.11.2024

Rüstəm Muradov erməni əsirləri İrəvana apardı

Tezliklə İrəvanın Erebuni hava limanına 10 erməni əsiri daşıyan təyyarə enəcək.

Axar.az xəbər verir ki, bu barədə Ermənistanın Fövqəladə Vəziyyət üzrə Dövlət Xidməti direktorunun keçmiş müavini Boris Avaqyan deyib.

O qeyd edib ki, erməni əsirləri rusiyalı general Rüstəm Muradov gətirir:

«O, bu dəfə ən ciddi məxfilik şəraitində Bakıya gedib. Məhbusların qaytarılması barədə son dəqiqəyə qədər məlumat verilməyib».

Qeyd edək ki, Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti minalanmış ərazilərin xəritələri müqabilində noyabrın 16-da erməni təxribatı nəticəsində əsir götürülən 10 erməni hərbçisinin Ermənistana təhvil verildiyi barədə məlumat yayıb.

***

Erməni əsirləri İrəvana gətirən təyyarə Erebuni hava limanına eniş edib.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: