21.11.2024

Qazinin yardımınıza ehtiyacı var

Qazimiz Dadaşov Mehman Mirağa oğlu 2012-ci ildə Sumqayıt şəhərində ipoteka yolu ilə mənzil götürüb.

Hazırda Mehmanın banka 28700 azn borcu var.

Mehman səhhətinə görə banka olan borcunu ödəyə bilmir. Əlil olduğu üçün işləyə bilmir. Ailəlidir. Ailəsi ilə birgə yaşadığı evdə 9 nəfər yaşayır. Ata (xəstə), ana, Mehman, həyat yoldaşı və 2 uşaq, bacı (boşanmış) və 2 uşaq. Mehman əmək fəaliyyətini itirdiyi üçün təqaüddədir. Buna baxmayaraq ailəyə özü baxır. Mehmanın kiçik qızı epilepsiya xəstəliyindən əziyyət çəkir və daimi müalicə alır. Mehmanın maddi imkanı yol vermədiyi üçün banka olan borcunu ödəyə bilmir.

İpoteka ödənilməzsə, mənzil satışa çıxarılacaq.

Mehman, bir çox Dövlət Qrumlarına müraciət etdi. O, da veteran (Qazi) kimi mənzil növbəsinə düşə bilmir. Ona deyirlər ki, artıq sənin adına mənzil var.

Mehman Dadaşovun artıq seçim imkanı olmadığından xalqının bütün xeyirxah insanlarından kömək istəyir. Verənin əli tükənməsin.

KAPITAL BANK hesab nömrəsi4169738535080356 MEHMAN DADASHOV 📞+994504294659 Меhман

Qeyd edim ki, Qazimiz Mehman 27 iyun 1991-ci ildə Ağsu şəhərinin Biço kəndində anadan olub. 2009-cu ildən XTQ (Xüsusi Təyinatlı Qüvvələr) kurslarına başlamış, kursları bitirdikdən sonra həmin il orada xidmətə başlamışdır. Mehman rütbəsi üzrə gizirdir (kəşfiyyatçı). Xidmət etdiyi müddətdə bir çox döyüş tapşırıqlarında iştirak etmişdir. 2012-ci ildən 2016-cı ilin aprel döyüşlərinə qədər döyüş əməliyyatlarında iştirak edib. O, həmçinin 2017-2018-ci illərdə hərbi əməliyyatlarda iştirak edib. İkinci Qarabağ müharibəsi zamanı 2 dəfə yaralanıb.

İlk yaralanma: 1 oktyabr 2020-ci ildə mina atan silahdan atılan mərminin partlaması nəticəsində yaralanmış, kəllə-beyin travması almışdır. Qəlpələrdən baş və kürək nahiyəsindən xəsarətlər almışdır. Hazırda onun bədənində 150-yə yaxın kiçik qəlpələr var. Onları çıxartmaq mümkün deyil. Aldığı yaralara baxmayaraq, döyüşə davam etdi.

İkinci zədə: 2 oktyabr 2020-ci ildə ayağından snayper gülləsi ilə yaralanıb. Ayağından yaralandıqdan sonra artıq Füzuli şəhər xəstəxanasına aparılıb. Əməliyyat olunub, gülləsini çıxarıblar. Əməliyyatdan sonra müalicə üçün Beyləqan şəhərinə göndərilib. Sonda vəziyyəti ağır olduğundan Bakı şəhər xəstəxanasına yerləşdirilib. Tam müalicə olunmasına baxmayaraq hələ də ağrıları var. Bədənində : çanaq və baş nahiyəsində hələ də xırda qırıqlar var. Ayağında hələ də qəlpə qalıb.

Mehman xidmət etdiyi müddətdə vətənə yaxşı xidmətinə görə Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən bir neçə medal və diplomlarla təltif edilib.

04.06.2021-ci ildən Mehman ehtiyatdadır (təqaüddədir).

Mehman 2-ci qrup əlildir (Qazi).

Leyla Həsənova

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: