21.11.2024

Sofiya Ovsepyan : “Zəngəzurda 5 erməni kəndi blokadaya düşüb”

Ermənistanın Zəngəzur mahalında daha 5 kənd blokadaya düşüb.

Alp.az xəbər verir ki, bu fikirləri noyabrın 22-də Ermənistan parlamentinin keçmiş deputatı Sofiya Ovsepyan hökumət binası qarşısında keçirilən mitinqdə bildirib.

Eks-deputatın sözlərinə görə, onlar aksiyaları davam etdirəcəklər və müvafiq sənədi hökumətə təqdim etdikdən sonra onu həm prezidentə, həm də parlamentə təhvil verəcəklər.

“Biz tədbirimizi saat 17:00-da Respublika meydanında böyük mitinqlə yekunlaşdırmalıyıq. Hər kəsi aksiyalara qoşulmağı xahiş edirəm və çağırıram. Bu, uzun sürəcək və hər gün təşkil olunacaq. Biz tələb edəcəyik ki, xalqın xəbəri olmadan heç bir sənəd imzalanmasın”, – deyə Ovsepyan qeyd edib.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: